İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib. Azərbaycan milli seçmə komandası bu mötəbər yarışda tarixi uğura imza atıb. Gənc cüdoçularımız qitə birinciliyinin gümüş medallarını qazanıblar. Əldə olunan bu nəticədə Gəncə idmançılarının da əməyi az deyil. Yığmanın heyətində Nizami yurdundan 3 tatami ustası yer alıb ki, onlar da medal mübarizəsinə töhvə veriblər. Gəncə cüdoçularından 66 kq-da İlkin Babazadə, 100 kq-da Etibar Zeynalov və 100 kq+də Ayxan Cəfərov yarışda çıxış edib.
Orxan Cəfərzadə
- Baxış: 727