• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1128
— 23.06.2017 12:09

Futbol üzrə Konfederasiyalar Kuboku - 2017-də qrup mərhələsinin ikinci turuna yekun vurulub

Növbəti oyun günü daha iki oyun keçirilib. B qrupunda əvvəlcə Kamerun Avstraliya millisi ilə üz-üzə gəlib. Qarşılaşmada sükut birinci hissənin sonunda pozulub. Afrikalılardan Andre Anqissa rəqib qapısına yol taparaq komandasını önə keçirib. İkinci hissədə də 1 qol qeydə alınıb. Amma bu dəfə sevinən tərəf Avstraliya olub. Yaşıl qitə təmsilçisindən Mark Milliqan cərimə meydançasında kobud oyuna görə təyin olunan penaltini qolla tamamlayaraq hesaba tarazlıq gətirib. Bu qol həm oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub. Yekun nəticə 1:1

Qrupun daha çox maraq doğuran görüşündə Almaniya və Çili qarşı-qarşıya gəlib. Oyunda qol erkən vurulub. 6-cı dəqiqədə bundestimin müdafiəsindəki ani səhv qolla nəticələnib. Cənubi Amerikalılardan Aleksis Sançes fərqlənərək diqqətləri üzərinə çəkə bilib. Almanlar bu qolun cavabını 41-ci dəqiqədə veriblər. Ştindl status-kvonu bərpa edərək həm də oyunda son nöqtəni qoyub 1:1. Bu turun ardından aktivlərində 4 xalı Çili birinci, Almaniya ikinci sıradadı. 1 xallları malik Avstraliya 3-cü, Kamerun isə sonuncu pillədə qərarlaşıb.

22 iyun

B qrupu

22:00.Almaniya - Çili - 1:1
Qollar:
 Aleksis Sançes, 6 (0:1), Lars Stindill, 41 (1:1)


19:00.Kamerun – Avstraliya - 1:1
Qollar: 
Andre Anquissa, 45 (1:0), Mark Milligan, 60 (1:1)

 

1.

Çili

2

1

1

0

3:1

4

2.

Almaniya

2

1

1

0

4:3

4

3.

Avstraliya

2

0

1

1

3:4

1

4.

Kamerun

2

0

1

1

1:3

1

Orxan Cəfərzadə