• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 17.03.2017 13:19

Bərdədə törədilən qətlin təfərrüatları məlum olub

Şəhərin Füzuli küçəsində yaşayan 21 yaşlı Hafiz İbrahimli özündən bir yaş kiçik bacısını qısqanclıq zəminində öldürüb. Məlumata görə, qardaş bacısı haqqında xoşagəlməz söz-söhbətlər eşidib, Leylanı bir neçə dəfə xəbərdar edib. Onlar arasında növbəti dəfə münaqişə yaranıb, əsəblərinə hakim ola bilməyən qardaş bacısını baltalayaraq qətlə yetirib. Hafiz İbrahimli polisə təslim olub. Olay vaxtı ailə üzvlərinin də evdə olduğu, lakin hadisəyə mane ola bilmədikləri deyilir. Faktla bağlı cinayət işi açılıb.

Zülfiyyə Telmanqızı