• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 01.02.2017 16:38

Yoxlama oyununun yeri və saatı məlum oldu

Futbol üzrə Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq görüşünün başlama saatı və stadionu müəyyənləşib. Qarşılaşma Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 20:00 başlanacaq.

Bu görüş Azərbaycan yığması üçün Dünya Çempionatı-2018-in seçmə qrup mərhələsi çərçivəsində Bakıda Almaniya ilə matça hazırlıq xarakteri daşıyacaq.

Azad Rəfi