• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 24.01.2017 11:14

Beşiktaş vahid lider oldu

Futbol üzrə Türkiyə Superliqasında 18-ci tura keçirilən 1 oyunla yekun vurulub. Turun son görüşündə Beşiktaş səfərdə Alanyasporun qonağı olub. Qarşılaşmada ilk qol qonaqlardan gəlib. 13-cü dəqiqədə Quareşmanın asmasını Cenk Tosun başıyla çərçivədən keçirib. 39-cu dəqiqədə meydan sahibləri ikinci topu qapılarında görüblər. Qara qartalın yeni transferi Rayan Babel yerli azarkeşləri kefini pozub. Fasiləyə 2:0 öndə yollanan İstanbul nəhəngi ikinci hissə başlayan kimi daha bir qol vurub. İlk qolun ötürməsini verən Quareşma bu dəfə özü təyin olunan penaltidən fərqlənərək hesab arasındakı fərqi 3-ə çıxarıb. 51-ci dəqiqədə alanyalılar buraxılan qollardan  birinin əvəzini çıxıblar. Vaqner Lav da 11 metrlik cərimə zərbəsini qolla tamamlayaraq adını tabloya yazdırıb. Ancaq bu da görüşdə sonuncu qol olmayıb. Oyunun 73-cü dəqiqəsində künc zərbəsi zamanı ikinci mərtəbədə hamını qabaqlayan Marselo qarşılaşmanın yekun hesabını müəyyənləşdirib. Alanyaspor 1 Beşiktaş 4. Aktivinə 3 xal yazdıran ağ-qaralar bu mövsüm ilk dəfə olaraq turnir cədvəlində liderliyə yüksəlib.

 

Türkiyə Super Liqası

XVIII tur

 

23 yanvar

“Alanyaspor” – “Beşiktaş” - 1:4

Qollar: Vaqner Lav, 51 (pen.) - Cenk, 13, Babel, 39, Quaresma, 48, Marselo, 73

 

 

1.

Beşiktaş

18

12

5

1

34:14

41

2.

Başakşəhər

18

11

6

1

36:12

39

3.

Qalatasaray

18

11

3

4

32:18

36

4.

Fənərbaxça

18

10

5

3

37:14

35

5.

Antalyaspor

18

8

4

6

21:21

28

6.

Konyaspor

18

7

6

5

22:18

27

7.

Bursaspor

18

8

3

7

21:20

27

8.

Osmanlıspor

18

6

8

4

22:20

26

9.

Karabükspor

18

7

3

8

22:26

24

10.

Trabzonspor

18

7

3

8

15:21

24

11.

Gənclərbirliyi

17

5

7

5

16:15

22

12.

Kasımpaşa

18

6

3

9

21:26

21

13.

Akhisar

18

5

6

7

11:18

21

14.

Alanyaspor

18

5

3

10

25:38

18

15.

Rizəspor

18

4

4

10

19:31

16

16.

Adanaspor

18

3

5

10

16:26

14

17.

Kayserispor

18

3

4

11

14:31

13

18.

Qaziantepspor

17

3

2

12

15:30

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ORXAN CƏFƏRZADƏ