Cüdo üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının üzvü İlkin Babazadə daha bir yarışda iştirak edəcək. Gəncə cüdo məktəbinin yetirməsi həftəsonu Bolqarıstanda keçiriləcək Avropa Kubokunda qüvvəsini sınayacaq. 58 ölkədən 458 idmançının qatılacağı yarışda Babazadə 66 kq çəki dərəcəsində tatamiyə çıxacaq. İlkin qitə kuboku öncəsi Avstriyada gənclər yığmasının heyətində təlim-məşq toplanışında iştirak edib, həmçinin Tunisdə düzənlənən Afrika Kubokuna qatılıb. Əsas yığma komanda üçün ehtiyat qüvvə hesab edilən tatami ustaları arasında adıçəkilən cüdoçu əməkdar məşqçi Qaya Xəlilovun yetirməsidir. O, yeniyetmələr arasında Avropa birinciliyinin qalibi və gümüş mükafatçısı olub.
Azad Rəfi
- Baxış: 447