Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2026 16:05

Göygöl Milli Parkı hasarlanır

Göygöl Milli Parkının yaşayış məntəqələri ilə həmsərhəd ərazilərində çəpərləmə işləri aparılır.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, çəpərləmə işlərinin əsas məqsədi biomüxtəlifliyin və təbii ekosistemlərin qorunması, antropogen təsirlərin, eləcə də mal-qaranın milli parkın ərazisinə daxil olmasının qarşısını almaqdır.