İran XİN: ABŞ Yaxın Şərqdə vəziyyətin gərginləşməsinə görə məsuliyyət daşıyır
Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsinə görə ABŞ məsul daşıyır.Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib.İsrail isə ölkəyə raket hücumları davam edərsə, İrana cavab veriləcəyini açıqlayıb.İranın İsrailə raket hücumu fonunda tərəflər arasında gərginliyin artdığı, ABŞ-ın isə tərəfləri təmkinli olmağa çağırdığı bildirilir.İranın paytaxtı Tehran şəhərinə mümkün hücumla bağlı xəbərdarlıq edilib, hava hücumundan müdafiə sistemləri işə salınıb.Şəhərdə partlayış səsləri eşidilib və HHM vasitələri aktivləşdirilib.SEPAH-ın aerokosmik qüvvələri İsrailin Hayfa şəhərində sənaye obyektlərinə raket zərbələri endirib.Hücumun İsrailin İranın Mahşəhrdəki neft-kimya obyektlərinə həyata keçirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyi qeyd olunub.
- Baxış: 64
