Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.05.2026 10:46
İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Söhbət zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji əhəmiyyəti vurğulanıb. Tərəflər enerji, ticarət, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşdır və ölkə qazı artıq Avropanın yeni bazarlarına çatdırılır.Görüş zamanı həmçinin Azərbaycan-Ermənistan sülh prosesi, rəqəmsal transformasiya, süni intellekt və bərpaolunan enerji sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.
- Baxış: 67
