Zəngilanda Ekoloji məsələlər üzrə İşçi qrupunun iclası keçirilib
Zəngilan rayonunun Ağalı kəndində işğaldan azad edilmiş ərazilərlə bağlı Ekoloji məsələlər üzrə İşçi qrupunun bu gün keçirilən iclasında müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgəsində Prezidentin xüsusi nümayəndəlikləri azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri fonunda yaşıllıqların qorunmasının və yeni kəndlərdə yaşıllıq sahələrinin formalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən infrastruktur layihələri zamanı ekoloji tələblərin icrası, biomüxtəlifliyin qorunması, nadir bitki və heyvan növləri, eləcə də “Böyük Qayıdış” dövlət proqramları çərçivəsində görülən işlər müzakirə olunub. Oxçuçay çayının su keyfiyyətinin dəyişməsi ilə bağlı məlumatlar da iştirakçıların diqqətinə çatdırılıb.
- Baxış: 95
