Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.03.2026 10:22
İrandan Azərbaycana 2 057 nəfər təxliyə olunub
Fevralın 28-i saat 8:00-dan martın 9-u saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 2 min 57 nəfər təxliyə olunub. Onların 362-si Azərbaycan, digərləri isə müxtəlif ölkələrin, o cümlədən Çin, Rusiya, Tacikistan, Pakistan və İtaliya vətəndaşlarıdır. İnsanlar bütün zəruri prosedurlardan keçdikdən sonra sərhədi təhlükəsiz şəkildə keçərək ölkə ərazisinə daxil olublar. Təxliyə prosesi təhlükəsizlik tələblərinə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.
- Baxış: 88
