Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.02.2026 14:11

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Martın 17-si saat 11:00-da Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.Təhsildə Keyfiyyət Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər martın 13-dən DİM-in saytından buraxılış vərəqələrini çap edə biləcəklər.İmtahanda 30 test tapşırığı olacaq. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavaba görə 0,25 bal çıxılır. Keçid balı 15-dir.