Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.02.2026 17:50

İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs olunub. Onun qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satdığı məlum olub. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.Digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam edir.