Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.02.2026 15:42
"Qadın vəkillərə ehtiyac var" - Vəkillər Kollegiyasının sədri
Azərbaycanda qadın vəkillərə ehtiyac var. Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakıda keçirilən “LEGIS” Beynəlxalq Hüquq Forumunda bildirib ki, hazırda ölkədə 2800-dən çox vəkil fəaliyyət göstərir və hər 100 min nəfərə cəmi 28 vəkil düşür. Onun sözlərinə görə, hüquq fakültəsini bitirən qadınların sayı çox olsa da, qadın vəkillərin payı cəmi 22 faizdir. Anar Bağırov həmçinin qeyd edib ki, məzunların bilik səviyyəsi, natiqlik və xarici dil bacarıqları yetərli deyil və bu səbəbdən azərbaycanlı hüquqşünaslar xaricdə fəaliyyət göstərə bilmirlər.
- Baxış: 37
