Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.01.2026 11:46

AAYDA: Gecə və səhər yollar qardan və buzdan təmizlənib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında təhlükəsiz və fasiləsiz hərəkətin təmin olunması üçün zəruri tədbirlər görüb. Dağlıq və dağətəyi ərazilərdə yollar qardan təmizlənib, buzlaşmaya qarşı qabaqlayıcı işlər aparılıb. Ərazilərə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub. Hazırda yol istismar idarələri gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. Sürücülərə hava şəraitini nəzərə almaq, qış təkərlərindən istifadə etmək və sürət həddinə əməl etmək tövsiyə olunur.