Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 17:50
Türkiyə Maarif Vəqfi Gəncə və Naxçıvanda yeni kampuslar açacaq
Türkiyə Maarif Vəqfi Azərbaycandakı fəaliyyətini Gəncə və Naxçıvanda yeni kampusların yaradılması yolu ilə genişləndirməyi qarşısına məqsəd qoyub. Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib. 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. "Bakıdan İstanbula uzanan könül körpülərimizi, Maarif məktəblərində yetişən aydın düşüncəli gənclər vasitəsilə daha da möhkəmləndiririk. Çünki Azərbaycanın övladı bizim övladımız, onun gələcəyi isə bizim gələcəyimizdir, Maarif Vəqfi bu düşüncə ilə fəaliyyət göstərir", - deyə o bildirib.
- Baxış: 62
