Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.12.2025 15:40

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzinin açılışı olub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığı çərçivəsində Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz startap quruculuğuna dəstək, innovatorların bir araya gətirilməsi, mentorluq və insan kapitalının inkişafını hədəfləyir. Mərkəz elmi layihələr, texnologiya transferi, startaplar üçün inkubasiya proqramları və beynəlxalq qrantlara çıxış imkanları yaradacaq.