• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 04.02.2016 16:40

I Divizionda mübarizə aparan Tovuzun Turan Tovuz kollektivi mövsümün ikinci yarsınının hazırlıqlarına ara vermədən davam edir

Nizami Sadıqovun komandası təlim-məşq toplanışını doğma rayonda keçirir.

Premyer Liqadan fərqli olaraq hələ ikinci dövrəsi başlamayan I Divizionda mübarizə fevral ayının 18-i start götürəcək ki, bu da komandaların hazırlaşması üçün kifayət qədər vaxt deməkdi.

Yanvarın 13-dən mövsümün ikinci hissəsinə hazırlıqlarına start verən əyalət təmsilçisi gündə iki dəfə olmaqla məşq edir. Günün ilk yarısında fiziki məşqlərə üstünlük verən aşağı liqa klubu, daha sonra topla taktiki-texniki çalışmalar üzərində işləyir.

Nizami Sadıqov "Turan Tovuz"un baş məşqçisi: "Əsasən fiziki hazırlıqlar üzərində çalışırıq. Çalışırıq ki, uşaqların fiziki normal səviyyədə olsun. Ona görə bir az məşqlər ağır və yüklüdü. Hələlik vəziyyəti normal adlandırmaq olar. Baxışda olan futbolçularmız var, onlara baxırıq".

Cari mövsümün ilk yarısında Premyer Liqada "Xəzər Lənkəran"ın heyətində forma geyinmiş  Kazım Kazımlı və Elvin Mirzəyev kimi futbolçuları baxışa dəvət edən "Turan Tovuz", "Ağsu"dan Natiq Kərimi və Gürcüstan klublarında çıxış etmiş Georgi Asanidzeni də sınaqdan keçirir.

Nizami Sadıqov- "Turan Tovuz"un baş məşqçisi: "Düzdür, baxışda elə də tanınmış futbolçular yoxdu. Ancaq komandanın lazımı mövqelərinə futbolçu axtarışlarımız davam edir. Boşluqları doldurmağa çalışırıq. Artıq bir neçə futbolçu ilə danışıqlar aparırıq".

Qeyd edək ki, qış toplanışından lazımınca yararlanmaq niyyətində olan komanda hazırlığın son 1 həftəsini Bakıda keçirməyi planlaşdırır.

Hidayət Şahin

Rahim İbrahimoğlu