Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.11.2025 13:59
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunu Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.Baş hakim Sebastyan Qishamerə Roland Riedel və Santino Şreyner kömək göstərəcək. Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək."Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
- Baxış: 79
