Ölkədə ağır yol qəzaları baş verdi , Göygöldə iki yeniyetmə öldü
Göygöldə "Mercedes"in idarəetmədən çıxaraq aşması nəticəsində rayonun Qızılca kənd sakinləri - 2008 və 2009-cu il təvəllüdlü iki yeniyetmə xəsarət alıb. Qəza zamanı ağır xəsarət alan daha iki nəfər - 2009-cu il təvəllüdlü və həmyaşıdı hadisə yerində ölüblər.
Sumqayıtda "Toyota Camry" idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Bakı-Qazax əsas magistral yolunun rayonun Kürdəmirdən keçən hissəsində mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən qarşısına çıxan 10 baş qoyunu vurub. Təsərrüfat sahibinə 8 min manata yaxın maddi ziyan dəyib.
İsmayıllının Buynuz kəndində Vüsal Rubilzadənin idarə etdiyi "Kia" və Zeynəddin Əliyevin idarə etdiyi "VAZ-2106" toqquşub. "VAZ"da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
- Baxış: 73
