Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.10.2025 11:31
BDYPİ sürücülərə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək, hərəkət zolaqlarının düzgün seçilməsinə və yol nişanlarının tələblərinə ciddi riayət etməyə çağırıb. Qurum xəbərdarlıq edir ki, zolaqların tez-tez dəyişdirilməsi və məsuliyyətsiz hərəkətlər yollarda sıxlığa və qəzalara səbəb olur. Müraciətdə vurğulanıb ki, hər bir sürücü öz zolağında nizamlı hərəkət etsə, nəqliyyatın axını sabitləşər, qəzaların sayı isə minimuma enər.
- Baxış: 68
