Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.10.2025 15:39

Ermənistan Azərbaycan Prezidentinin bəyanatını alqışlayır

Ermənistan Azərbaycanın yük tranzitinə qoyduğu məhdudiyyətlərin aradan qaldırılmasını alqışlayır. Bunu Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan deyib. “Bu addım regional kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülhün institusionallaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə, o, əlavə edib. Qeyd edək ki, Prezident İlham Əliyev Astanadaı mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb.