• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.10.2025 11:43

Dubaydan Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb

Baş Gömrük İdarəsinin keçirdiyi tədbirlərlə Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilən, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.