Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.10.2025 10:18
İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Oktyabrın 6-10 tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır.
- Baxış: 108