• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.09.2025 17:38

Milli Məclisin üzvləri Anım Günü ilə bağlı dünya parlamentlərindəki həmkarlarına müraciət edib

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətləri 27 sentyabr – Anım Günü ilə əlaqədar həmkarlarına müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunur ki, 1990-cı illərin əvvəllərində Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycanın 20 faizi işğal edilib, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirilib. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Zəfər müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub, mülki şəxslərə zərər verilmədən yalnız hərbi obyektlər hədəf alınıb. Müraciətdə həmçinin, Ermənistanın basdırdığı minaların yaratdığı fəsadlar, işğaldan azad olunmuş bölgələrin bərpası və keçmiş məcburi köçkünlərin yurdlarına qayıtması barədə məlumat verilir. Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi və sülh sazişi təşəbbüsləri də vurğulanıb.