
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları nəticəsində Qaradağ və Cəlilabad rayonlarında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram 590 qram marixuana aşkarlanıb. Şübhəlilər şəxsiyyəti dəqiqləşdirilən İran vətəndaşları ilə əlbir olaraq narkotikləri təyin edilmiş ünvanlardan götürüb satış məqsədilə yerləşdirməyi planlaşdırıblar. Cavidan Həsənzadə isə yük maşını sürücüsü görüntüsü yaratmaqla iritonnajlı nəqliyyat vasitəsində daşınmanı təşkil edib. Faktla bağlı cinayət işi açılıb.
- Baxış: 126