Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Bançini yeni tədris ilinin başlaması münasibətilə məktəbli şəhid və qazi övladları ilə görüşüblər. Görüşdə dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan, uşaqların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimizin dəstəyindən söhbət açılıb. Şəhid və qazilərin məktəbli övladlarına yeni tədris ilində uğurlar azulanıb. Artıq ənənə halını alan görüş uşaqların sevincinə səbəb olub. Uşaqlara məktəb ləvazimatları, Türkiyə-Azərbaycan bayraqları həkk olunmuş və adları yazılmış xatirə hədiyyələri təqdim edilib.
Kəmalə Hüseynova- Naftalan Şəhər İcra Hakimiyyəti Başçısının müavini: “Bu gun NŞİH də həmin uşaqları yada saldı və onları tədris ilinin başlaması münasibətilə təbrik etdi. Tədbirdə 10-dan çox şəhid və qazi övladları iştirak etdi. Onlara məktəb ləvazimatları şəhər icra hakimiyyəti tərəfindən hədiyyə olundu”.
Pərvin Abbaszadə
- Baxış: 2481