KepezTV Player
Mərkəzi Seçki Komissiyası bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 1 893 555 nəfər səs verib, seçici fəallığı 29,49 faiz olub. Saat 15:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi seçki dairəsidir. Həmin seçki dairəsindən 42,7 faiz seçici indiyədək səsvermə hüququndan istifadə edib.
- Baxış: 308