KepezTV Player
Gəncədə seçki məntəqələrinə müxtəlif səbəblərdən gələ bilməyənlərin ünvanına daşınan qutular aparılıb. Bununla da vətəndaşlar növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə ediblər. Onlardan biri 39 saylı Gəncə ikinci seçki dairəsinin 28 saylı məntəqəsində qeydiyyatda olan 68 yaşlı Çingiz Quliyevdir. Səhhəti ilə bağlı seçki məntəqəsinə yaxınlaşa bilməyən seçicinin səs verməsi üçün onun yaşadığı evə daşınan seçki qutusu aparılıb. Seçici seçki hüququnun istifadəsinə imkan yaradıldığı üçün təşəkkürünü ifadə edib.
- Baxış: 273