• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 30.08.2024 19:33

Peşə təhsili müəssisələrinə qəbulun ikinci mərhələsi başlayıb

KepezTV Player

Gəncədə fəaliyyət göstərən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzində də müəyyən peşələrə yiyələnmək istəyənlər bu şansdan yararlanmaq imkanı əldə edəcəklər. Hər il 800-dən çox tələbə qəbulunun həyata keçirildiyi mərkəzdə müxtəlif istiqamətli yüksək texniki peşə ixtisasları da tədris olunur. Təhsil ocağında 2024-2025-ci tədris ili üçün yerlərin 60 faizindən çoxu dolsa da, digər boş yerlərə 2-ci mərhələdə qəbul yerinə yetiriləcək.

Şahin Məhərrəmov - Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzinin direktoru: Hazırda mərkəzimizdə 27 ixtisas üzrə 363 nəfər boş qalan yerə müraciət edir. Hər bir müraciət edən şəxs 5 ixtisas seçmək hüququna malikdir. Seçirlər daha sonra qeydiyyatdan keçirlər, əgər həmin şəxslər müsabiqədə qalib çıxarılarsa, yəni üstünlük əldə edə bilərlərsə növbəti etapda tələb olunan sənədləri təqdim etməlidir. Müraciət elektron formada olduğu üçün əsasən boş qalan yerlər o şəxslərə üstünlük verilir ki, onların müvafiq fənlər üzrə orta bal qiymətləri daha yüksək olur. Seçimdə həmin müraciət edən şəxslərə üstünlük verilir.

Son illər ən çox sual doğuran məsələ əmək fəaliyyəti ilə məşğul olan şəxslərin peşə təhsili almaq imkanlarının nə qədər real olması ilə bağlıdır. Bu, müəyyən sənəd və icazə əsasında həyata keçirilir.

Şəhla Qasımova - Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Mərkəzinin qəbul komissiyasının məsul şəxsi: Qeydiyyata gələn tələbə həmin vaxt biz onu sistemdə yoxlayırıq. Əgər adında rəsmi iş yeri varsa biz ondan hansı müəssisədə işləyirsə müəssisənin rəhbərinin razılığı olmlıdır ki, bir oxumağına icazə veririk. Həm də iş saatları yoxlanılır ki, iş saatları da həmin arayışda qeyd olunmalıdır ki, iş və dərs saatları üst-üstə düşməsin. Əgər bu mümkün olarsa biz onu qəbul edirik.

Boş qalan yerlərə sənəd qəbulu sentyabrın 3-ü saat 18:00-dək davam edəcək. Boş qalan yerlər üzrə müraciət imkanı 1-ci mərhələdə iştirak etməyənlər üçün də açıqdır. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.