KepezTV Player
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib. Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı əldə olunan uğurlar münasibətilə təbriklərini çatdırıb. Ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini deyib. Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib. Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları vurğulanıb.
- Baxış: 251