• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2106
— 23.08.2024 19:45

Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri edib

KepezTV Player

Özbəksitanda dövlət səfərində olan Prezident İlham Əliyevin Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.Daha sonra prezidentlərin məhdud tərkibdə görüşü olub. Görüşdə enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olunub, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib.Prezidentlərin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.İki dövlət arasında müxtəlif sahələri əhatə edən 12 sənəd imzalanıb.Sənədlərin mübadiləsi mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan lideri özbəkistanlı həmkarı ilə danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə etdiklərini deyib.

Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır. Bunu isə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxışı zamanı bildirib. Əlavə edib ki, Azərbaycan Özbəkistanın mühüm strateji tərəfdaşı və müttəfiqidir.

Daha sonra Prezidentlərin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.