• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 942
— 13.08.2024 18:53

Universitetlərdə abituriyent məsləhət mərkəzləri yaradılıb

KepezTV Player

İxtisas seçimi, hər bir tələbənin gələcək karyera yolunu müəyyən edən vacib bir mərhələdir. Bu prosesdə düzgün qərar vermək, yalnız akademik uğur üçün deyil, eyni zamanda gələcəkdə peşəkar inkişaf üçün də əhəmiyyət kəsb edir. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna, o cümlədən altqrupuna aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər.

Lalə Əliyeva - abituriyent : Mən bu gün bura ixtisas seçimi üçün gəlmişəm. müəllimlər sağolsunlar ixtisaslarda köməklik göstərdilər. balıma uyğun ixtisas seçdim. Gəndə Dövlət, Aqrar və Texnologiya universitetlərii yazdım. Ümid edirəm ki, öz istədiyim ixtisasa qəbul olaram.

Mehriban Novruzova - abituriyent : İxtisas seçimi etmək üçün məsləhət mərkəzinə gəlmişəm. Yığdığım bala uyğun dizayn ixtisasını seçmək istəyirəm. mənə Gəncdən və bakıdan universitetlər dedilər. çox kömək elədilər, sağolsunlar.

İxtisas seçimi ilə bağlı çətinlik çəkən namizədlər üçün yaradılan məsləhət mərkəzləri, bu prosesi asanlaşdırmaq məqsəd daşıyır. Məsləhət mərkəzlərində ixtisaslaşmış mütəxəssislər və təcrübəli müəllimlər fəaliyyət göstərir.

Raqif Hüseynov - ATU-nun prorektoru : Məqsədimiz abitruyentlərə müsabiqə şərtləri və ixtisas seçimi barədə konsultasiyalar verməkdən ibarətdir. Qeyd etmək istəyirəm ki, mərkəzimi həftə içi saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Fürsətdə istifadə edərək Gəncə və ətraf rayonlarda yaşayan bütün abitruyentləri Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Abitruyentlərə mərkəzinin xidmətlərindən istifadə etməyə dəvət edir və onlara ixtisas seçimində uğurlar arzulayırıq.

Məsləhət mərkəzlərindəki mütəxəssislər, abitruyentlərə müxtəlif ixtisas sahələrinin tələbləri, gələcək karyera perspektivləri və bu sahədəki əmək bazarı haqqında ətraflı məlumat təqdim edirlər. Onların daha müasir və perspektivli sahələrdə təhsil almasına kömək edirlər.

Elturan Yusifov - GDU-nun Tədris Departamentinin direktoru : Mərkəzdə əsasən bu sahədə kifayət qədər səriştsi və bacarığı olan universitet əməkdaşları fəaliyyət göstərir. Təxminən 200ə yaxın tələbənin ixtisas seçiminə dəstək göstərilmişdir və hal hazırda proses davam edir. Ötən tədris ili yəni 2023-2024cü ildə GDU Respublika ali təhsil müəssələri içərisində ilk 5 likdə dayananlardan olmuşdur. Belə ki, keçən təsris ilində bakalavr səviyyəsi üzrə qəbul planını 94,5, magistraturanı 97,8 faizə qədər icra edərək yüksək nəticə əldə etmişdir.

Hər bir abitruyent özü də fərdi qaydada internet vasitəsilə seçimini həyata keçirə bilər. Lakin məsləhət mərkəzlərində müxtəlif ixtisaslar, universitetlər və proqramlar haqqında geniş informasiya toplusu mövcuddur.

Ayxan Abbasov - ADAU-nun əməkdaşı : Abitruyentlərə köməklik əsasəndə hal hazırki dönəmdə düzgün ixtisas seçiminin aparılması kodlandırmanın yerinə yetirilməsidir. O cümlədən bir çox ixtisaslar barədə məlumatların verilməsindən ibarətir. Abitruyentlərin ADAU-nu seçməkdə məqsədləri ikili diplom proqramlarının olması bir çox ixtisaslar üzrə tədrisin ingilis dilində keçirilməsi və bir çox ixtisasların professor müəllim heyəti tərəfindən tədrisin təşkil olunmasından ibarətdir.

Gəncədə fəaliyyət göstərən ali məktəblərdən  Azərbaycan Texnologiya Universitetində 27 ixtisas üzrə 1290, Gəncə Dövlət Universitetində 50 ixtisas üzrə 2172 plan yeri ayrılıb. Azərbaycan Dövlət Aqrar universitetində isə abituriyentlərə 31 ixtisas üzrə 1775 plan yeri təklif edilir.