• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 13.08.2024 18:45

Paris-2024-də yer tutan idmançılar mükafatlandırlıb

KepezTV Player

XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılan yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən,Hidayət Heydərov,Zelim Kotsoiev, Elxan Məmmədov, Trautmann Riçard “Şöhrət” ordeni ilə təltif ediliblər. Bundan başqa digər idmançı və onların məşqçiləri isə 1,2,3-cü dərəcəli “Vətənə xidmətə görə” 3-cü dərəcəli “Əmək” ordenləri və “Tərəqqi” medalı ilə təltif olunublar. Prezidentin digər sərəncamı ilə birinci yeri tutan hər bir idmançıya 400 000, onun məşqçisinə 200 000; ikinci yeri tutan hər bir idmançıya 200 000 , onun məşqçisinə 100 000 ; üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 manat məbləğində mükafat təyin edilib. Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında da sərəncam imzalayıb.Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 200 000, onun məşqçisinə 100 000 ; ikinci yeri tutan hər bir idmançıya 100 000 , onun məşqçisinə 50 000 ; üçüncü yeri tutan hər bir idmançıya 50 000 , onun məşqçisinə 25 000 manat; Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərən idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər müəyyən olunub.