• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 944
— 08.08.2024 19:32

Məktəbli formalarını haradan əldə etmək olar və qiymətlər necədir?

KepezTV Player

Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib.

Raminə Məmmədova - Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin məsləhətçisi: “Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin “Çağrı mərkəzi”, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”.

Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığının təmin edilməsi məqsədi ilə respublika üzrə ümumilikdə 135 məkanda satış həyata keçirilir. Bu məntəqələrin ünvanları barədə Edu.gov. az saytında məlumatlar qeyd olunub.

Arzu Kərimova- satıcı: “Formalarımız 6-16 yaş arsıdır. Ətəklərimiz, şalvarlarımız, 3 rəngdə - mavi, krem, ağ rəngdə köynəklərimiz var. 6-7 yaş üçün olan paltarlarda endirimlərimiz var. Məktəb formalarımızın koftaları 15-19 manat arası dəyişir. Şalvar və ətəklər isə 25-dən 35-ə kimidir. Bir də polverlər var ki, onlar da mövsümə uyğun gələcək. Hal-hazırda yoxdur, amma nəzərdə tutulub.

Bəzi valideynlər övladları üçün artıq məktəbli formaları da almağa başlayıblar. 1 uşaq üçün məktəbli forması təxminən 70 manata başa gəlir.

Sevda Qənbərova- valideyn: Məktəbdən bizə ağ kofta, boz şalvar deyiblər. Qiymətlər münasibdir. 15 manata koftanı, 25 şalvarı aldıq. Bir dənə polveri qaldı. Dedilər hələ gəlməyib.  Onu da alanda qiymət 70-80 manat olar, yəqin ki.  Valideynlər olaraq istəyərik ki, formalar dəyişməsin. 2-3 il bunu geyinsinlər.

Aynur Bayramova- valideynGəlmişəm oğlum üçün paltar almağa. 8-ci sinifə keçdi. Əslində paltarı var idi. Sadəcə balacalanıb deyə, yenisini alırıq. 15-ə kofta, 25-ə şalvarı aldım. Təxmini 40-45 manat arası oldu”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən o da bildirilib ki, məktəbli formalarının qiyməti istehsalçı tərəfindən tənzimlənir. Bununla bağlı hər hansı tələb qoyulmayıb.