• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 838
— 01.08.2024 20:04

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

KepezTV Player

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Belə ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “VAZ” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib. Həmkəndlisinə məxsus avtomobili sürücülük hüququ olmadan idarə edən R.İsayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.