• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 31.07.2024 10:31

Bir-birinə qarışmış iki qalaktikanın fotosu çəkilib

James Webb Kosmik Teleskopu, Pinqvin və Yumurta qalaktikalarını birləşdirən duman aşkar edib. Rəsədxananın bu infraqırmızı şəkli marağa səbəb olub.

ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA), Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) ilə birgə işinin məhsulu olan James Webb Kosmik Teleskopu, 326 milyon işıq ili uzaqlıqdakı mavi ulduzlarla və qaz buludu ilə əhatə olunmuş 2 qalaktikanın və bir ulduzun şəklini çəkib. Teleskopun ilk tam rəngli fotoşəkillərinin ikinci ildönümündə NASA, "Pinqvin NGC 2936" və "Yumurta NGC 2937" adlı 2 qalaktikanın bir-birinə qarışdığını təsvir etdiyini bildirib. NASA-nın məlumatına görə, Pinqvin NGC 2936 və Yumurta NGC 2937 adlı qonşu qalaktikalar, on milyonlarla ildir bir-birinə qarışıb.

Bu iki qalaktikanın birləşərək tək qalaktikaya çevriləcəyinə işarə edən NASA, 4 milyard il sonra eyni qarşılıqlı təsirin Samanyolu və Andromeda qalaktikası üçün də baş verəcəyini bildirib. NASA-nın Hubble Kosmik Teleskopunu əvəz etmək üçün 25 dekabr 2021-ci ildə kosmosa buraxılan Webb, kosmosdakı ən böyük rəsədxana olaraq Yerdən 1.6 milyon kilometr uzaqlıqda olan kainat haqqında bilinməyənləri araşdırır.