• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 29.07.2024 10:44

Yer kürəsi acınacaqlı iqlim vəziyyəti ilə üz-üzədir

Aparılmış yeni tədqiqata əsasən planetin istiləşmə prosesinin 1.5 dərəcə Selsi səviyyəsində saxlanması cəhdi uğursuzluqla yekunlaşıb. Beləliklə bu yüzilliyin sonuna kimi planetin 1.5 dərəcə Selsidən 2.5 dəfə daha çox qızacağı gözlənilir. Alimlər güman edirlər ki, gələcəkdə bizləri iqlim ilə bağlı daha acınacaqlı vəziyyət gözləyir. Görünür, gələcəkdə baş tutacaq hər bir El-Ninyo (Sakit okeanın ekvatorial hissəsində su səthinin temperaturunun dəyişməsinə təkan verərək iqlimə təsir göstərən hadisə) hadisəsi daha ekstremal hal alacaq. BMT-nin hesabatına əsasən gələcəkdə daha ekstremal El-Ninyo hadisələri planet üçün yeni normaya çevriləcək.

Güman olunur ki, həmin zamanlarda Cənubi Avstraliyanın qərb sahilləri güclü yağışlara məruz qalacaqlar. Nəticədə regionda daşqınlar və sürüşmələr baş verəcək. Eyni zamanda İndoneziya və Avstraliya da daxil olmaqla Sakit okeanın qərb hissələri çox güman ki, quraqlıqdan zərər çəkəcəklər. Tədqiqatçılar bildiriblər ki, günümüzdə dünya bu yüzilliyin sonunadək qlobal temperatur göstəricisininin 2.9 dərəcə Selsi yüksəlməsi yolunda irəliləyir. Bununla belə bu cür temperatur göstəricisi yalnız hal-hazırki parnik qazları ifrazı tempinin qorunub saxlanması halı üçün nəzərdə tutulub.

Eyni zamanda tədqiqatlara əsasən planetin qlobal temperaturunun 3.7 dərəcə Selsiyə kimi yüksələcəyi halda 90%-lik ehtimal ilə El-Ninyo tarixin ən güclü hadisələri ilə rəqabət aparacaq. Buna misal olaraq 1997-1998-ci illərdəki El-Ninyonu gətirmək olar. Məlumatlar onu göstərirlər ki, 1997-1998-ci illərdə Sakit okeandakı məhz El-Ninyo hadisəsi 20 000-dən çox insan ölümünə səbəb olmuş və nəticədə baş vermiş qasırğalar, quraqlıqlar və daşqınlar iqtisadiyyata milyardlarla dollar zərər vurmuşdular. Mütəxəssislərin sözlərinə əsasən əgər dünya hər bir El-Ninyonun ekstremal olacağı vəziyyətə düşərsə, mənfi sosial-iqtisadi nəticələr böyük olacaqlar. Məlumdur ki, okean temperaturunun yüksəlməsi mənfi iqlim və hava nəticələrinə səbəb olacaq.

Suyun istiliyi atmosferə keçid edəcək və nəticədə qlobal temperatur artımı yaşanacaq. Lakin digər tərəfdən qeyd etmək lazımdır ki, heç də bütün iqlim modelləri bu cür nəticələr ilə uyğunlaşmırlar. Məsələn mütəxəssislərin istifadə etdikləri daha fərqli iqlim modeli El-Ninyo və La-Ninyo (El-Ninyo-nun soyuq effektli analoqu) dövrlərinin qəliz qanunauyğunluqlarını ortaya qoyub. Alimlərin tədqiqatlarına əsasən planetin qlobal istiləşməsinə Sakit okeandakı daimi El-Ninyo deyil, çox güman ki, onun daha güclü halları səbəb olurlar. Alimlər tərəfindən istifadə edilən mövcud iqlim modeli 100 il ərzində 8-9 ekstremal El-Ninyo hadisəsini proqnozlaşdırır. Planetin qlobal temperaturunun 3.7 dərəcə Selsi yüksəlməsi halında isə El-Ninyo sayı hər 100 il üçün 26-ya yüksələ bilər.