Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə general-leytenant Niyazi Xanbaba oğlu Hacıyevin “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi barədə sərəncam imzalayıb.
Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycanın paralimpiya çempionları üçün Prezidentin xüsusi paralimpiya təqaüdü təsis olunub və onun aylıq məbləği minimum aylıq əməkhaqqı məbləğinin 2 misli miqdarında müəyyən edilib. Azərbaycanın olimpiya çempionları üçün Prezidentin xüsusi olimpiya təqaüdünün məbləği isə minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarında müəyyən edilib.
Dövlət başçısı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi də təsdiqləyib. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə, parklanma qaydalarının pozulmasına, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimələr artırılıb. Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. Bundan başqa, "Yol hərəkəti haqqında” qanuna dəyişikliyin təsdiqləməsi ilə 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib.
Vüsalə Cənnətova
- Baxış: 361