Azərbaycanda orta tibb işçiləri hazırlayan ən qocaman təhsil müəssisələrindən olan Gəncə Tibb Kollecində məzun günü keçirilib. Tədbirdə son illər təhsil ocağının maddi-texniki bazasının gücləndirildiyi, kollecdə tələbələr üçün yeni müasir imkanların yaradıldığı diqqətə çatdırılıb. Təhsil ocağından 2023-2024-cu tədris ilində tibb bacısı və qardaşı işi, mamalıq işi, əczaçılıq, tibbi profilaktika, ortopedik stomatologiya və laboratoriya diaqnostikası ixtisasları üzrə ümumilikdə 311 tələbə məzun adını qazanıb. 3 il müddətində kollecin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub. Məzun günü yekunlaşdıqdan sonra Gəncə Tibb Kollecində ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub. Qərb bölgəsinin 20-yə yaxın dövlət və özəl tibb müəssisələrinin iştirak etdiyi yarmarkaya məzunlar böyük maraq göstəriblər. Əmək yarmarkasında tibb müəssisələri boş olan və yaxın zamanlarda vakant olacaq yerləri məzunlara təqdim ediblər.
Vüsalə Cənnətova
- Baxış: 441