Səudiyyə Ərəbistanı, 2024-cü ilin həcc mövsümündə zəvvarlar üçün avtonom uçan taksi xidmətinə başlayıb. Bu uçuş, dünyanın ilk lisenziyalı avtonom hava taksisi kimi tarixə düşüb.
Avtonom uçan taksilər, zəvvarların daşınmasını asanlaşdırmaqla yanaşı, bir çox üstünlüklər də təqdim edəcək. Onlar fövqəladə hallar zamanı sürətli nəqliyyat, tibbi avadanlıqların daşınması və logistika xidmətləri kimi sahələrdə istifadə olunacaqlar. Səudiyyə Ərəbistanı, nəqliyyat sektorunu modernləşdirmək və ağıllı mobilliyi artırmaq üçün bu cür texnologiyalara sərmayə qoyur. Milli Nəqliyyat və Logistika Strategiyası çərçivəsində uçan taksilər, elektrik nəqliyyat vasitələri və hidrogen qatarları kimi innovativ layihələrlə ölkənin nəqliyyat infrastrukturunu gələcəyə hazırlamağı hədəfləyirlər. Avtonom uçan taksi xidmətinin zəvvarların dini vəzifələrini daha rahat və tez yerinə yetirmələrini təmin edəcək bir həll təklif edəcəyi bildirilir. Yəni Məkkənin sıx tıxacında saatlarla gözləmək əvəzinə, müqəddəs yerlərə bir neçə dəqiqəyə çatmaq mümkün olacaq. Bu xidmətin xüsusilə ahıllar və hərəkət imkanları məhdud zəvvarlar üçün böyük rahatlıq gətirəcəyi bildirilib. Əlbəttə, onu da qeyd etmək lazımdır ki, bu xidmətin ucuz olacağı gözlənilmir.
- Baxış: 558