Meta şirkəti süni zəkanı öz servislərinə inteqrasiya etməyə davam edir. Verilmiş yeni məlumata əsasən WhatsApp tərtibatçıları messencer üçün süni zəka əsaslı yeni funksiya üzərində çalışırlar. Söhbət, istifadəçilərə süni zəka vasitəsilə profil fotosu tərtib etməyə imkan verəcək funksiyadan gedir. Məlumata əsasən bu yeni funksiya WhatsApp-ın 2.24.11.17 nömrəli beta versiyasında aşkar edilib.
Funksiya hələ ilkin hazırlanma mərhələsində olduğu səbəbilə messencerin beta test versiyasının istifadəçiləri üçün hələlik aktiv olmaya bilər. Funksiya istifadəyə veriləndən sonra messencer istifadəçiyə onun profil fotoda nəyin əks olunmasını istədiyini mətn şəklində təsvir etməyi təklif edəcək. İstifadəçi öz növbəsində təsviri mətn şəklində qeyd edəndən sonra süni zəka sistemi fotonu tərtib edəcək.
Qeyd etmək lazımdır ki, bu yeni funksiya hal-hazırda WhatsApp-ın yalnız Android üçün nəzərdə tutulmuş beta versiyasında ortaya çıxıb.
- Baxış: 498