• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 23.05.2024 10:20

“Tiktok”da da bir saatlıq videolar yüklənəcək

Tiktok” vətəndaşlara proqrama 60 dəqiqəlik video yükləməyə imkan verən variantı sınaqdan keçirirlər. Bu barədə “TechCrunch” portalı məlumat yayıb. Ancaq bu bəzi istifadəçilər üçün xoşagəlməz bir yenilikdir. Çünki hazırda istifadəçilər uzun videoları fraqmentlərə bölüb paylaşır. Bu isə aktivliyin daha da çoxalmasına gətirib çıxarır. Yeni funksiya tətbiq olunarsa, kontent yaratmaq çətinləşəcək və saylarını çoxaltmaq lazım olacaq. 

Bundan əlavə, vaxt məhdudiyyətinin 1 saata qədər genişləndirilməsi “TikTok”a yeni məzmun növünü – televiziya şoularının tam epizodlarını yerləşdirməyə imkan verəcək.

Qeyd edək ki, şirkət yeniliyin nə vaxt istifadəyə veriləcəyini hələ ki, açıqlamayıb.