KepezTV Player
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət istiqamətdə irəliləməsindən məmnunluğunu ifadə edib və Türkiyənin prosesi yaxından izlədiyini bildirib. Türkiyə Prezidenti bölgədə təmin olunacaq ədalətli və davamlı sülhün həm Azərbaycan, həm Ermənistan, eləcə də bölgə ölkələri üçün yeni bir mühit yaradacağını vurğulayıb. Gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi də aparılıb.
- Baxış: 250