• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1234
— 13.05.2024 19:38

Məktəbin idarə edilməsi və təhsilin keyfiyyəti yoxlanılır

KepezTV Player

Monitorinq məktəbin idarə olunmasında və təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm vasitədir. Belə yoxlamalar düzgün qərarların qəbul olunmasına, nəticələri təhlil etməyə, eyni zamanda nöqsanların aradan qaldırılmasına xidmət edir. Gəncənin orta məktəblərində aparılan yoxlamalar da qarşıya qoyulan vəzifələrin necə həyata keçirildiyini müəyyənləşdirmək məqsədi daşıyır. 

Hazırda ümumtəhsil müəssisələrindən birində keçirilən monitorinqə canlı şahidlik edirik. Əvvəllər kiçik səpkidə keçirilən yoxlamalar artıq geniş masştabda təşkil edilir. Məsələnin icrası üçün cəlb olunan şəxslər isə ciddi cəhdlə çalışırlar.

Yoxlamalar əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin aparılması, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti ilə bağlıdır. Həmçinin əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyəti öyrənilir. 

Rövşən Kərimov- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini: “Bu günə kimi Gəncə şəhəri üzrə 20, Goranboy-Naftalan rayonları üzrə 15, Göygöl rayonu üzrə 13, Samux rayonu üzə 9, Daşkəsən üzrə 7 məktəbdə monitorinqlərimiz həyata keçirilib. Monitorinqlərimizin əsas məqsədi tədrisin keyfiyyətinin yüksəldiməsi, şagird davamiyyətinin artırılması və yerlərdə çatışmayan nöqsanların zamanında aşkar olunub aradan qaldırılmasıdır. Bunun üçün monitorinqləri davamlı şəkildə etməyi düşünürük”.

Yoxlamalar zamanı sual yaradan və qaranlıq qalan məqamlar da olub. Onlardan biri də fərdi sinifdə təhsil alan şagirdlə bağlıdır.

Aynur Əliyeva- monitorinq işçisi: “31 nömrəli tam orta məktəbdə fərdi təhsil sinifinin mövcud olduğunu aydınlaşdırdıq. 2005-ci il təvəllüdlü Cəfərov Kənanın hal-hazırda 19 yaşı var. Onun təhsilinin keyfiyyəti, dərslərinin necə keçirilməsi ilə bağlı məktəbin direktor müavininə suallar ünvanladıq”.

Elçin Qurbanov- 31 N-li tam orta məktəbin direktor müavini: “Monitorinq qrupunun bizə verdiyi suallar içərisində belə bir sual oldu ki, həmin şagird dərslərdə iştirak edirmi? Həmin şagird gəldiyi vaxtdan valideynin ərizəsinə nəzərən birinci sinifə cəlb olundu. Şagird mütəmadi olaraq dərslərdə iştirak edir. Şagirdin təhsili müəllimlərin dərs saatları arsında olan bir cədvəl əsasında qurulmuşdur”.

Yoxlamalar zamanı həmçinin şagirdlərin geyim formaları və davamiyyəti də yoxlanılır.

Alik Əliyev- 25 N-li tam orta məktəbin direktoru: “Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmkdaşları bizim məktəbə monitorinqə gəlmişdilər. Tədris sənədlərimizi, inzibati sənədləri dərsə davamiyyət məsələsini yoxladılar. 1 şagirdimizin dərsə davamiyyəti olmadığı üçün onunla maraqlandılar. Şagirdimiz xəstə olduğu üçün gəlmədiyini deyib, monitorinq iştirakçılarına sənədi təqdim elədik”.

Monitorinqlər sistemli və ardıcıl şəkildə mayın 14-ə kimi davam etdiriləcək. Nəticəsi isə təhlillər aparıldıqdan sonra ictimailəşdiriləcək. 

Aişə Rzayeva