• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1414
— 13.05.2024 10:20

“Toyota”dan gələcəyin miniven konsepti

Toyota”ya məxsus olan “Boshoku” adlı brend Pekin avtomobil sərgisi çərçivəsində gələcəyin miniven avtomobil konseptini sərgiləyib. Qeyri-adi dizayna sahib miniven konsepti “Lounze” adlanır və o, uzaq gələcəkdə miniven tərz avtomobilin necə görünə biləcəyini əks etdirir. Bu avtomobil konseptinin gövdəsi simmetrik düzbucaq formalara sahibdir. Bu səbəbdən də onun ön və arxa hissələri oxşar görünüşə sahibdirlər. Bu avtomobildə əsas diqqət xarici və daxili görünüşə ayrılıb.

Xüsusi işıqlandırma sistemi ilə daxili hissədən tavana ulduzlu səmanın proyeksiyası avtomobilə daha da futuristik görüntü verirlər. Avtomobilin daxilində 3 cüt sərnişin oturacağı var. Hər bir oturacaq ayrıca idarə oluna bilir. Bununla yanaşı hər bir oturacaq 360 dərəcə fırlanma özəlliyinə, istilik və ventilyasiya sisteminə, üstəlik masaj imkanına sahibdir. Avtomobildə ənənəvi idarəetmə sükanı mövcud deyil. Onun yerinə böyük ölçülü ekrandan istifadə edilir.

Qeyd etmək lazımdır ki, bu, sadəcə bir konseptdir və o, yaxın illərdə kütləvi istehsal üçün nəzərdə tutulmayıb.