Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid İbad Musayevin qalıqları ailəsinə təhvil verilib. Onunla vida mərasimi Lənkəranın Şağlaser kəndində keçirilib və o, torpağa tapşırılıb. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən İbad Musayev Beyləqanın Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib. O, 1994 - cü ilin yanvar 26-da Füzulinin Əbdülrəhmanlı kəndində şəhid olub.
Rza Musayev- şəhidin qardaşı: "7 il onun sinif rəhbəri olmuşam. Şükür, gözümüz yollardan çəkildi. Bu gün Ali Baş Komandanımız, ölkənin birinci əsgəri əziz İlham, sənə təşəkkür edirəm, azad Qarabağıma görə, sənə təşəkkür edirəm şəhid qardaşımın nəhayət nəşini tapdığına görə, onu məzar sahibi etdiyinə görə. Mən fəxr edirəm səninlə. Mən fəxr edirəm belə bir şəhidin, belə bir igidin qardaşıyam".
Bundan başqa, Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Habil İsmayılovun qalıqları Lənkəranın Kərgəlan kəndində, Ayaz Ağayevin qalıqları İsmayıllının Hacıhətəmli kəndində, Müşfiq Cəfərovun qalıqları isə Lerikin Monidigah kəndində torpağa tapşırılıb.
- Baxış: 343