KepezTV Player
Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib. Onun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub. Gülalı Dadaşov 1994-cü ildə Xaçmaz rayonunun Sibiroba kəndindən Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yollanıb. O, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində itkin düşüb. Onun nəşinin Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edildiyi məlum olub.
- Baxış: 209