• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1825
— 07.05.2024 10:11

3 günə ev tikən 3D printer

Men Universitetinin (Men ştatı) əməkdaşları dünyanın polimer əsaslı ən böyük 3D printerini hazırlayıblar. Bununla da onlar özlərinin 2019-cu ildə əldə etmiş olduqları rekordlarını yeniləyiblər. Belə ki, 2019-cu ildə onlar emal edilən materiallardan 183 kvadrat metr sahəli evi inşa edə bilən 3D printeri hazırlamışdılar. Hazırlanmış yeni printer FoF 1 adlanır və məlumata əsasən bu yeni model evin inşa edilməsi tapşırığının öhdəsindən olduqca tez gəlir. Adətən birmərtəbəli sadə evin inşasına bir neçə ay vaxt sərf edilə bilər. FoF 1 adlı yeni 3D printer isə bu cür evin inşasını 80 saata yekunlaşdıra bilər.

Sözügedən printer 29 metr uzunluğa, 9.7 metr enə və 5.5 metr hündürlüyə sahib obyektləri çap edə bilir. Bu göstəricilərdə obyektlərin çap olunması prosesində printer hər saat 227 kq materialdan istifadə edir. Men Universitetinin əməkdaşları FoF 1-i printerini daha artıq bir təchizat kimi görürlər. Belə ki, o, evləri inşa etməklə yanaşı onları həmçinin layihələşdirə də bilir. Bundan əlavə olaraq sözügedən 3D printer şəhər infrastrukturu obyektlərinin inşasını da reallaşdıra bilir. Buna misal olaraq körpüləri və ya elektrostansiyaları gətirmək olar. FoF 1 evlərə olan istehlakçı tələblərini qarşılaya və çatışmayan işçi qüvvəsini əvəz edə bilər.