• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 01.05.2024 10:23

Saturnun Yer kürəsinə bənzəyən peykinə dron endiriləcək

NASA Dragonfly adlı pilotsuz uçuş missiyası çərçivəsində Saturn planetinin ən böyük peyki olan Titana avtomobil ölçüsündə dron endirməyi planlaşdırır. Dronun Yer kürəsindən 2028-ci ildə göndəriləcəyi, Titana enişinin isə 2034-cü ildə baş tutacağı gözlənilir. Dragonfly komandasının bir hissəsi qismində çıxış edən Lockhead Martin şirkətinin təqdim etmiş olduğu videoya əsasən kosmik gəmi planlaşdırılan dronu Titanın səthinə çatdıracaq.

Daha sonra isə dron pilotsuz uçuş aparatının rotorları vasitəsilə Titanın səthinə endiriləcək. Eniş prosesi mütəxəssislər tərəfindən distant şəkildə idarə olunacaq. Bu, Perseverance aparatının Marsa enişinə bənzəyəcək. Titan peyki Yer kürəsinin erkən halına bənzədiyi üçün alimlərdə böyük maraq oyadır. Dragonfly missiyası isə bu peyk barəsində təsəvvürləri genişləndirməklə yanaşı kosmosun müşahidəsi mövzusunda böyük addım olacaq.